SÜRÜCÜLƏRİN ADINA YAZILAN BÖYÜK PULLAR, 2 MİLYON BORCU OLAN ŞİRKƏTLƏ ŞÜBHƏLİ ƏMƏLİYYAT... - Energetika Nazirliyində maliyyə oyunları
21-04-2022 [13:59]
Azərbaycan Energetika Nazirliyində bir sıra maliyyə əməliyyatları qanunsuz aparılıb.
Mia.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə hesabatında yer alıb.
Palatanın hesabatında qeyd olunub ki, nazirlik tərəfindən 2020-ci il ərzində maliyyə əməliyyatları həyata keçirildiyi zaman şamil edilən qanunvericilik əsasında müəyyən edilmiş meyarlar ilə müqayisədə bəzi hallarda əhəmiyyətli uyğunsuzluqlar aşkar olunub: "Aparılan kənar dövlət maliyyə nəzarəti əsasında, əhəmiyyətli, lakin geniş yayılmamış və düzəldici tədbirlərlə qarşısı alına biləcək təhriflər müəyyən edilib və bu yekun olaraq şərti müsbət rəyin verilməsinə əsas olub. Bu təhriflər, əsasən, qeyri-maddi aktivlərin, ehtiyatların, torpaq, tikili və avadanlıqların, həmçinin sair əməliyyat xərclərinin uçotu zamanı bəzi hallarda yanlış yanaşmalarda istifadə edilməsi səbəbindən yaranmış uyğunsuzluqlardan əlaqəli olmaqla, yekunda maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərib.
Bundan əlavə, nazirlikdə daxili nəzarət sisteminin yetərli dərəcədə adekvat olmaması səbəbindən fəaliyyəti çərçivəsində aparılmış əməliyyatlara şamil edilən qanunvericilik çərçivəsi və müvafiq huqüqi sənədlərin tələbləri ilə uyğunsuzluqlar müşahidə olunub. Bu sıradan cari il üzrə təsdiq edilmiş büdcə göstəricilərindən artıq xərclərin müvafiq sənədləşmə olmadan tanınması və növbəti ildə əlaqəli ödənişlərin həyata keçirilməsi, dövlət satınalmaları ilə bağlı prosedurlara dair tələblərin bəzi hallarda pozulması, yanacaq xərcləri və avtonəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə normalardan kənarlaşmalar xüsusi əhəmiyyət kəsb edən uyğunsuzluq halları kimi qiymətləndirilir".
Hesabata görə, Energetika Nazirliyinin 2 milyon manatdan çox vergi borcu olan podratçı şirkətlə “Nazirliyin informasiya sistemlərinin və ehtiyatlarının Məlumatların Saxlanılması və Emalı Mərkəzində qorunması xidməti” satınalması üzrə müqavilə bağladığı üzə çıxıb: "Podratçı şirkətin dövlət büdcəsinə 2 milyon 42 min 510,039 manat borcu olduğu üzə çıxıb. Bu da satınalma prosesində iştirak edən iddiaçının ixtisas göstəricilərinin uyğunsuzluğu kimi qeyd edilir.
Nazirliyin Mərkəzi Aparatı üzrə xidməti minik avtomobillərinin sürücülərinin məzuniyyətdə olduqları dövrdə onların yanacaqla bağlı kart hesabına ödənilməklə 2020-ci ildə 6 halda 657,3 min manat məbləğində yanacağa görə vəsait xərc edilib.
Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan nazirliyə Araz çayı üzərində “Xudafərin” hidroqovşağının və su elektrik stansiyasının tikilməsi layihəsi çərçivəsində xərclərin və dəymiş ziyanların qiymətləndirilməsi, “Xudafərin” hidroqovşağının əvəzləmə dəyərinin hesablanması, “Xudafərin” və “Qız qalası” layihələrinin başa çatdırılması təklifini dəyərləndirilməsi üçün yeni yetiriləcək işlərinə dair nazirlik ilə şirkət arasında ümumilikdə 130 min ABŞ dollarının manat ekvivalenti dəyərində 14 avqust 2020-ci il tarixində müqavilə imzalanıb. 26 avqust 2020-ci il tarixində müqavilə məbləğinin 30 %-i həcmində 60 180 manat məbləğində qabaqcadan ödəniş edilib.
Qeyd edilməlidir ki, nazirlik ilə şirkət arasında 30 sentyabr 2021-ci il tarixində imzalanmış yerinə yetirilmiş işin təhvil-təslim aktı və təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli elektron qaimə uçotda əks etdirilməyərək, 60 180 manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda və xəzinədarlıq idarəsinin üzləşmə aktında əks etdirilib".
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib