Zelenski Mişellə bir arada: "Mənalı görüşə və həmrəyliyə görə ona təşəkkür edirəm” - Ukraynaya 1.5 milyardlıq yardım ayrılır

img

20-04-2022 [20:16]


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Mia.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb: “Şarl Mişel bu gün Kiyevdədir. Biz Rusiyaya qarşı sanksiyalar, dövlətimizin müdafiə və maliyyə dəstəyi, həmçinin Aİ meyarlarına uyğunluğu ilə bağlı sorğunun cavablarını müzakirə etdik. Mənalı görüşə və həmrəyliyə görə ona təşəkkür edirəm”.

"Reuters" isə xəbər verir, Kiyevdə olan Mişel Avropa İttifaqının Ukraynaya əlavə 1,5 milyard avro hərbi yardım ayıracağını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA