Rusiya öz ərazisində üçrəngli bayrağın SSRİ bayrağı ilə əvəzlənməsi təklif olunub - Layihə Dumada

img

19-04-2022 [16:02]


Rusiya Federasiyasının Kommunist Partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib.

Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR