Saakaşvilinin səhhəti pisləşib

img

19-04-2022 [14:02]


Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib.

Mia.az Report-a istinadla xəbər verir ki, o, bu barədə müstəqil həkimlər qrupuna yazdığı məktubunda bildirib.

Siyasətçi bədənində ağrılar hiss etdiyini və çətinliklə yeridiyini diqqətə çatdırıb. O, həkimlərdən tövsiyə vermələrini xahiş edib.

Həkimlər M.Saakaşvilinin vəziyyətinin kifayət qədər ciddi olduğunu bildiriblər. Onların sözlərinə görə, lazımı müalicə aparılmasa, keçmiş dövlət başçısının vəziyyəti daha da pisləşə bilər.

Həkimlər eks-prezidentin mülki xəstəxanaya yerləşdirilməsini təklif ediblər.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA