Britaniya Ukraynaya "Stormer” zirehli raket qurğusu göndərəcək

img

19-04-2022 [17:56]


Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə "Stormer" zirehli raket qurğusu göndərəcək.

Məlumatı Britaniyada çıxan “Sun” qəzeti yayıb.

Məlumata görə, bu qurğu rütubətli Ukrayna torpaqlarında da yaxşı hərəkət edir.

Bildirilib ki, “Stormer” “BAE Systems” şirkətində istehsal olunub. Onu 3 nəfər - komandir, sürücü və atıcı idarə edir. “Stormer”də “Startstreak” raketləri quraşdırılıb. O, düşmənin ən aşağı səviyyədə uçan təyyarə və helikopterlərini raketlə vura bilir/Report.

Mütəxəssislər bunu Qərb dövlətlərinin indiyədək göndərdikləri ən yaxşı komplekt sayırlar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA