Xarkovda təxliyə avtobusu atəşə tutulub, 7 nəfər ölüb, 27 yaralı var

img

15-04-2022 [15:29]


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətində təxliyə avtobuslarını atəşə tutması nəticəsində 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Bu barədə Xarkov vilayətinin prokurorluğu məlumat yayıb/APA.

Bildirilib ki, aprelin 14-də İzium rayonunun Borova kəndində mülki sakinlərin təxliyəsi zamanı avtobuslar Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

Qeyd olunub ki, prokurorluq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndi) və müharibə qanunlarının pozulması ilə bağlı ibtidai istintaq başladıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA