Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-04-2022 [00:05]
Qoç - İşgüzar aktivlik səviyyəsini artırın. Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlərin öhdəsindən gələ bilərsiniz. Karyera irəliləyişi və gəlirlərin artımı istisna deyil. Sərfəli anlaşma və müqavilələr, maraqlı kommersiya təklifləri ola bilər.
Biznesə başlamaq, pul yatırmaq üçün yaxşı gündür.
Günün ikinci yarısında işgüzar tərəfdaş və müttəfiqləri diqqətlə seçin. Şəxsi münasibətlərdə həssas və sayıq davranın. İntuisiyanızın səsinə qulaq asın. Belədə sevdiyiniz şəxslə təmaslarda ciddi problemlərlə qarşılaşmayacaqsınız.
Buğa - Maliyyə problemləri istisna deyil. Onlar ilkin mərhələdə zəif olsalar da, vaxt keçdikcə ciddiləşəcək, ağırlaşacaqlar. Bu və digər xərcin nə qədər gərəkli olduğunu düşünün, sonra qərar verin. Uzun zamandan bəri işgüzar münasibətlərinizin olduğu insanlarla təmaslarda çətinliklərin və sərinləşmənin yaranmasının səbəbkarı olmayın.
Günün ikinci yarısında yaxınlarınız sizi anlamaqda çətinlik çəkəcəklər. Onlar sizi sərt tənqid edir, narazılıqlarını bildirirlər. Güzəştlərə hazır olduğunuzu nümayiş etdirsəniz, ünsiyyətdəki "buz"u əridərsiniz.
Axşam saatlarında aktiv istirahət edin, gəzintiyə çıxın.
Əkizlər - Adi və rutin işlərlə məşğul olmaq çətindir. Yeni, maraqlı, qeyri-adi prosesə başlamaq olar. Təhlükəli və absurd hadisələrin iştirakçısına çevrilməyin. Yaxın ətrafınızdakı insanların ən yaxşı halda düşünülməmiş və məntiqsiz hesab etdikləri addımlar atmayın. İş yerinin dəyişdirilməsi, köç, şəxsi həyatda dəyişikliklərlə bağlı qərarlar üçün münasib zaman deyil.
Günün ikinci yarısında yoluxucu xəstəliklər riski artır. İnsanların gur olduğu tədbirlərə qatılmayın.
Axşam saatlarında kiçik travmaların yaşanmaması üçün ehtiyatlı olun.
Xərçəng - Ən yaxşı və rəvan günlərdən biri deyil. Sizə dəstək olacağını dəfələrlə vəd etmiş insan sözünün üstündə durmayacaq. Müstəqil hərəkət edin. Situasiyanı təhlil edin, durumu anlamağa çalışın. Səhv riski çoxdur, yanlışlıq ehtimalı artır. Yaranan problemləri sürətlə həll etməyə çalışın.
Günün ikinci yarısında qənaətli olun, bahalı əşyalar almayın.
Qüvvə və imkanlarınızı olduğundan artıq saymayın. Öhdəsindən gələcəyiniz işlərə başlayın.
Axşam saatlarında başlaya biləcək romantik münasibətlərdə deyilməmiş sözlər çox, qarşılıqlı anlaşma az olacaq.
Şir - Ən əlverişli zaman deyil. Çətinliklər işlə yanaşı, evdə də yarana bilər. Dürüst davranış modelini seçin, qarşınızda duran məqsədləri müəyyənləşdirin, konkret hədəflər seçin. Əməlləriniz xaotik olmasın. Aktual problemləri həll edən zaman diqqətiniz ikinci dərəcəli məsələlərə yönəlməsin. Yaranan sədlər və maneələr ilk baxışda keçilməz, dəf olunmaz təsir bağışladığına görə geri çəkilməyin, ruhdan düşməyin.
Günün ikinci yarısında travma riski artacaq. Səfər və ya gəzinti planlaşdırıbısınızsa, ehtiyatlı davranın. Yaxınlarınızın sizin dəstəyinizə ehtiyacı var. Kömək istəyən insanın müraciətini qulaqardına vurmayın.
Qız - İstənilən qərarınız, hətta ən adi və sadə əməliniz belə yaxın ətrafınızdakı insanlardan birinin qıcığına, sinirlənməsinə səbəb ola bilər. Eqoist, sərt, aqressiv insan təsiri bağışlamayın. Əslində göründüyü qədər pis niyyətləriniz olmasa da, bəzi insanlar sizdən kənarda durmaq istəyirlər.
İşgüzar danışıqlarda qətiyyətli olun. Bununla belə, bu gün əldə etdiyiniz bəzi qərarlara və anlaşmalara sonradan yenidan baxmağa, mübahisələrə hazır olun.
Tərəfdaşlarınız fikirlərini dəyişəcəklər.
Günün ikinci yarısında ən yaxın insanlar sizi anlayacaqlar. Əhvalınızdakı dəyişiklikləri hiss edən insanlarla həssas davranın. Qəfil vizitlər istisna deyil. Qonaqların gəlişinə sevinin.
Tərəzi - Ötənləri xatırlamağa çox vaxt sərf etməyin. Bu günü düşünün, sabahı planlaşdırın. Tələskənliyə yol versəniz, peşəkar fəaliyyət sahəsində uğurlara nail olmayaraq çox maraqlı və sərfəli imkanları əldən verəcəksiniz. Mənfi emosiyaların öhdəsindən gəlin. Fəsadları sonradan sizdə təəssüf və pərişanlıq yarada biləcək addımlar atmayın.
Günün ikinci yarısında həyəcan az olmayacaq. Hisslərin real səbəbləri yoxdur. Yanınızda sizə dəstək verərək fikrinizi dağıda biləcək insanın olması yaxşıdır.
Nikbin olun, ruhdan düşməyin.
Əqrəb - Xərclərin çox olacağı gündür. Bədxərclik etməyin. Doğrudur, alış-veriş xoş emosiyalar və müsbət əhval-ruhiyyə yarada bilər. Amma maliyyə məsələlərində bir qədər ehtiyatlı, qənaətli olun.
İstənilən işlər, hətta mürəkkəb olmayan məsələlər yorucu təsir bağışlaya bilər. Əyləncə və istirahəti ertələyin. Tənbəllik etməyin. Bir qədər əvvəl ətrafınızdakı insanlara verdiyiniz vədləri yerinə yetirin.
Fikir ayrılıqları və anlaşılmazlıqlar yaxınlarınızla fikir ayrılıqlarına səbəb olmasın.
Axşam saatlarında məsrəflər arta bilər.
Oxatan - Gün yetərincə sakit keçəcək. Sizi ifrat dərəcədə heç nə təəccübləndirməyəcək, eyni zamanda, heyrətləndirməyəcək. Əvvəlcədən hazırlanmış plana uyğun hərəkət edin. Belə olarsa, işlərizdə gecikmələr və ləngimələr olmayacaq. Yeni imkanlarla şansları dəyərləndirin. Bir qədər çevik olsanız, gün daha maraqlı alınacaq.
Günün ikinci yarısında ailə üzvləri ilə fikir ayrılığı, ixtilaf yarana bilər. Maliyyə və əmlakla bağlı məsələlərdə ortaq məxrəcə gəlmək çətindir. Adi günlərdən fərqli olaraq bədxərclik etməyin. Yaxınlarınız sizə iradlarını bildirəcək, daha qənaətli olmağa çağıracaqlar.
Oğlaq - Qıcıqlı, aqressiv, sərt olmayın. Emosiyaları nəzarətdə saxlamasanız, qeyri-adekvat davranışınızın fəsadları çox ağır ola bilər. Belə davranışın dəyər verdiyiniz insanlarla münasibətləri korlamasına imkan verməyin. Düşünüb-daşının, doğru qərar verin. Yaxın ətrafınızdakı insanlar sizdən təmkinli, məntiqli, səlis davranış gözləyirlər. Əks təqdirdə həmin adamlar pərişan qalacaqlar.
Günün ikinci yarısında siz səhər saatlarında yaranmış problemi həll edə biləcəksiniz. Cavabsız suallara cavab tapın. Travma riskinin az olmadığı gündür. Ekstremal məşğuliyyət, uzunmüddətli səfər, ağır fiziki işdən imtina edin.
Axşam saatlarında aktiv istirahət edin.
Dolça - Günün ilk yarısında ehtiyatlı olun. Ətrafınızdakı insanlarla dil tapmaq bir qədər çətindir. Həddən ziyadə şübhəli, inamsız davranmayın. Çalışdığınız insanlar bunu hiss edəcəklər. Ən kiçik problem və ya anlaşılmazlıq sizi təbdən çıxara bilər. Gərginliyi işlərlə məşğul olmağın çətinləşəcəyi həddə çatdırmayın.
Günün ikinci yarısının maliyyə fonu əlverişli deyil. Gərəkdiyindən artıq pul xərcləməyin. Gəlirlər gözlədiyiniz zaman olmayacaq. Evdə xoşagəlməz hadisə baş verə bilər. Məişət texnikasının sıradan çıxması istisna deyil.
Axşam saatlarına yaxın əhavalınız pisləşə bilər.
Balıqlar - İşlərə aktiv, təşəbbüslə və inamla başlayın. Uğurların böyük olmasını istəsəniz də, nəticələr hələlik sizi qane etməyə bilər. Təmkinli, səmimi, soyuqqanlı olun. İşlə bağlı cazibədar və maraqlı təkliflərə sadəcə, tənbəlliyə görə mənfi cavab verməyin.
Günün ikinci yarısında məqsədlər və prioritetlər dəyişə bilər. Metamorfozlar yaxınlarınıza tam əyan olmadığından onların sizə xeyli sualları olacaq.
Axşam saatlarında xoşagəlməz, amma zəruri söhbət qaçılmazdır.
“İran tərəfİ bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb