Aİ ölkələrinin XİN başçıları Ukraynaya missiya göndərəcək

img

11-04-2022 [21:20]


Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri hərbi cinayətlərə dair sübutların toplanması və bu işə maliyyə yardımı edilməsi üçün Ukraynaya missiya göndərmək qərarına gəliblər.

TASS xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Aİ Şurasının Lüksemburqda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Müharibədən əvvəl Ukraynada olan Aİ-nin məsləhət missiyası indi müharibə cinayətləri ilə bağlı sübutların toplanmasına kömək etmək üçün yenidən iş başında olacaq. Aİ bu fəaliyyət üçün maliyyə yardımı edəcək”, - o deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA