Ukrayna Ombudsmanı: "Rusiya Ukrayna ordusunun əməliyyatlarına mane olmaq üçün məktəblilərdən istifadə edir"

img

11-04-2022 [13:39]


"Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Volnovaxa ərazisində Rusiya hərbçiləri döyüş ərəfəsində uşaqları məktəbə getməyə məcbur edirlər".

“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Ombudsmanı Lyudmila Denisova deyib.

Onun sözlərinə görə, bu da ərazilərin azad olunmasını çətinləşdirir. “Bu halda uşaqlar qarşı tərəfin əsgərləri üçün girov və canlı qalxan rolunu oynayır. Bu, çox güman ki, Ukrayna ordusunun əməliyyatlarına mane olmaq üçündür. Eyni zamanda, onlar gələcəkdə bizi itiiham etmək üçün təxribat törətmək istəyirlər”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA