Rusiya kəşfiyyatının rəhbəri: “I Pyotr indi Ukraynada olanları görsəydi, məzarında çevrilərdi”

img

11-04-2022 [18:06]


"Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü görsəydi, indi məzarında çevrilərdi".

Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin bildirib.

"Ən möhtəşəm hərbi qələbələrdən birini I Pyotr Poltava döyüşündə qazandı. Düşünürəm ki, o, şanlı kazakların nəslinin son üç onillikdə bu torpaqları nə hala gətirdiyini görsəydi, məzarında çevrilərdi",- deyə Narışkin Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR