Parlament İmran Xanla bağlı səsvermə keçirdi - Baş nazir istefaya göndərildi

img

10-04-2022 [09:07]


Pakistan Parlamentin aşağı palatası Baş nazir İmran Xana etimadsızlıq göstərib.

Mia.az xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib.

Səcvermədən sonra isə istefaya gedən İmran Xan ABŞ-ı itiham edib: "Müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır. Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”.

Məlumata görə, ölkənin yeni baş naziri müxalifətin dəstəklədiyi Şahbaz Şərifin olacağı gözlənilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR