Flora Xəlilzadə də "Azərbaycan" qəzetini tərk etdi - Özəl

img

01-04-2014 [12:03]


Tanınmış yazıçı-publisist, əməkdar jurnalist Flora Xəlilzadə "Azərbaycan" qəzetindən gedib. Ömrünün az qala 40 ilini mətbuata bağlamış, kitablar müəllifinin, sayılıb seçilən bir imza sahibinin qəfil addımının səbəbi nədir? 

Mia.az bununla bağlı Flora Xəlilzadə ilə əlaqə saxlayıb. Flora xanımın cavabını olduu kimi təqdim edirik: 

"Mən öz ərizəmlə işdən getmişəm, jurnalistikadan yox. Şərəfli, alicənab, ziyalı, qədirbilən, mədəni bir şəxsiyyətin rəhbərliyi altında işləməyə üstünlük verdim. Mənim heç bir zaman vəzifə iddiam olmayıb. Amma əlimə qələm alandan yaxşı yazmaq , xalqıma, millətimə, dövlətimə xidmət etmək iddiam olub. Buna da nə dərəcədə nail olmuşam həm oxucularım, həm kitablarım, həm də layiq görüldüyüm mükafatlar, təltiflər söyləyə bilər".

Qeyd edək ki, Flora Xəlilzadə mətbuatda səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Prezident mükafatçısı olmuş əməkdar jurnalist "Tərəqqi” medalı ilə təltif edilmiş, eləcə də yerli və beynəlxalq müsabiqələr qalibidir.  

Onu da öyrəndik ki, 20-yə yaxın kitabın müəllifi olan Flora Xəlilzadə hazırda İctimai televiziyada məsul vəzifəyə təyin edilib.Yeni lahiyyələr üzərində çalışır. Həmişə imzasını yazılı mətbuatda izlədiyimiz peşəkar jurnalistin bundan sonra toxunduğu mövzulara ekran həyatı veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR