Britaniya XİN: "Rusiyanın vağzaldakı mülki əhalini vurması bizi dəhşətə gətirdi, Putin cavab verməlidir"

img

08-04-2022 [18:04]


“Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk dəmiryol vağzalına raket hücumu dəhşətdir”.

Mia.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.

Nazir bildirib ki, bu hadisə dəhşət yaradıb: "Mülki əhalinin hədəf alınması müharibə cinayətidir. Biz Rusiya və Prezident Vladimir Putindən buna cavab istəyəcəyik”.

Qeyd edək ki, Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 35 nəfər ölüb, 100-dən çox yaralı var.

Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur. Rusiya isə bu iddiaları qəbul etmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR