Pakistanın Ali Məhkəməsi İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb

img

07-04-2022 [21:53]


Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb.

Bu barədə Geo-TV telekanalı məlumat yayıb.

Baş hakimlər Milli Assambleyaya İmran Xana etimadsızlıq səsverməsi üçün aprelin 9-da iclas çağırmağı tapşırıblar.

Milli Assambleya aprelin 3-də baş nazirin müraciətindən sonra prezident Arif Alvinin qərarı ilə buraxılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR