Rəsmi Ankara: “Rusiyanın mülki şəxsləri hədəf alması sülh danışıqlarına mane olur”

img

07-04-2022 [17:54]


“Rusiyanın mülki şəxsləri hədəf alması sülh danışıqlarına mane olur”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Finansial Taym” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Buça və digər yerlərdən yayılan kadrlar müzakirələrin əvvəlki kimi davam etməsini, əlbəttə, çətinləşdirir: "Hər birimiz kimi, ukraynalılar da məyus olublar... Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir. Bu hərəkətləri kim törədibsə, mütləq cavab verməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR