Macarıstan Baş nazir: "Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi edə bilərik"

img

06-04-2022 [18:54]


Macarıstanın Baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında danışıqlar üçün ev sahibliyi təklif edib.

“Reuters” xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Orban Putini Macarıstanda Ukrayna və Fransa prezidentlərinin də iştirakı ilə keçiriləcək sülh danışıqlarına dəvət etdiyini deyib.

Onun dediyinə görə, Putinin buna cavabı müsbət olsa da, şərtlər irəli sürəcəyini də qeyd edib


Digər xəbərlər
SON XƏBƏRLƏR