Almaniya Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib

img

04-04-2022 [23:08]


Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, rusiyalı dipolamtlar ölkənin müdafiəsi üçün təhlükədir: "Biz buna dözməyəcəyik".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə  deyib ki, 40 rus diplomatının Almaniyadan çıxarılması cavabsız qalmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR