31-03-2014 [17:41]
Azərbaycanın əməkdar artisti Abbas Bağırov "Bank of Azerbaijan” tərəfindən məhkəməyə verilib. Bu barədə "Qafqazinfo”ya olduqca ilginc məlumat daxil olub.
Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, "Bank of Azerbaijan”dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib. Belə ki, üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq A.Bağırov bankdan götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini məhkəməyə verərək 140 min manatı geri tələb edir.
2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun adına olan kreditinin şübhəli girov sənədləri əsasında rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyatı yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsilə bağlı qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib.
Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da A.Bağırov məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb.
Qeyd edək ki, A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə "Bank of Azərbaijan”ın baş ofisi açıb.
Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank tərəfindən müsadirə olunur.
Elə məsələnin ən maraqlı məqamı da buradan başlayır. Heç kəsə sirr deyil ki, "Bank of Azərbaijan”Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətindədir. Hamı bilir ki, Abbas Bağırov Anar Məmmədovla dost münasibətindədir. Anar Məmmədovun mahnılarını da elə Abbas oxuyur. Tez-tez görüşürlər, hansısa mahnı üzərində işləyirlər. Amma bir tərəfdən də Anar Məmmədov Abbası borca görə məhkəməyə verib.
Hətta bir neçə il əvvəl "Aləm gözəldi” mahnısının üstünə dava düşəndə əməkdar artist Abbas Bağırov həmkarı Ramalın deyil, nazir oğlunun yanında yer aldı. Əslində mahnının Ramala məxsus olduğu hamıya aydın idi.
Biz məsələnin bu tərəfinə toxunmayaraq işin pərdə arxasında dayanan şok məqamlara aydınlıq gtirmək istəyirik. Redaksiyamıza daxil olan məlumat da o da qeyd olunur ki, əslində müğənninin banka olan borcu böyük bir fırıldaqdır. Daha doğrusu, Anar Məmmədovun sahibi olduğu bankdan pul çıxarmaq üçün istifadə etdiyi variantdır. İddia olunur ki,nazir oğlu müxtəlif adamların adına kredit rəsmiləşdirməklə bankdan milyonlarla pul çıxararaq özünün bildiyi təyinat üzrə xərcləyib. Sözügedən məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı barədə də məlumat var. O məqamda bizə məlum olub ki, "Bank of Azərbaijan”la müxtəlif müştərilər arasında kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı problem mövcuddur və hər biri iş üzrə məhkəmə çəkişməsi gedir. Çox maraqlıdır ki, həmin müştərilərin heç birinin nə əmlakı müsadirə olunub, nə də onlara qarşı tədbir görülüb. Təkcə onu deyək ki, bankla məhkəmə çəkişməsində olan Abbas Bağırov son bir neçə ildə demək olar hər gün Anar Məmmədovla görüntülənir.
Qeyd edək ki, "Bank of Azerbaijan”ın səhmlərini böyük hissəsi "Bağlan Group”un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
"Qafqazinfo” məsələ ilə bağlı sözügedən bankla əlaqə saxlayıb və informasiya ilə bağlı bankın mövqeyini öyrənmək istəsək də, sualı eşidən kimi bizdən sorğu göndərmələrini tələb etdilər. Bu gün səhər "Bank of Azərbaijan”a rəsmi sorğu göndərsək də, hələ ki, sorğumuza cavab verən olmayıb.
Eyni zamanda "Qafqazinfo” olaraq müğənni Abbas Bağırovla da danışdıq. O isə bu barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Daha sonra müğənni bankla arasında hansısa prosesin yaşandığını etiraf etsə də, "Bank of Azərbaijan”a borclu olmadığını iddia edib:
""Bank of Azərbaijan”dan mənə zəng etmişdilər, dolaşıq düşən məsələlər var. Mənim maşınım kreditdədir, amma başqa bankda. Bu banka borcum yoxdur”.
Eyni zamanda Abbas Bağırov redaksiyadan bu məlumatların işıqlandrılmamasını xahiş edib.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb