Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-04-2022 [00:09]
Qoç - diqqətli və sayıq olun. Ciddi maliyyə problemləri yarana bilər. Çətinliklərin öhdəsindən tezliklə gələ biləcəyinizi düşünməyin. Sənədləşdirmə, mühüm sənədlərin imzalanması üçün münasib gün deyil. Yalnız zərurət yarananda təşəbbüslə çıxış edin. Bütün problemləri təkbaşına həll etmək istəmirsinizsə, yardım istəməyi unutmayın.
Günün ikinci yarısında bədbinliyə qapılmayın. Ətalətli və süst olmayın, işləməyi sevməyən adamlarla vaxt keçirməyin.
Axşam saatlarında gəzinti üçün vaxt tapın. Bu minvalla yuxusuzluqdan qurtula bilərsiniz.
Buğa - qarşınızda maraqlı perspektivlər yaranır. Yararlana biləcəyiniz imkanları dəyərləndirin. Məsləhətlərə qulaq asın. Etibar etdiyiniz, inandığınız insan sizə yaxşı yol göstərə bilər. Gəlir ehtimalı azdır. Gözlənilən məbləği bir qədər sonra əldə edəcəksiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərə aydınlıq gətirin. Hiss və emosiyalarınıza hakim olun. Yaxın ətrafınızdakı insanlarla sərt danışmayın.
Hədiyyə almaq, sürprizlər etmək üçün əlverişli zaman deyil. Sevindirmək istədiyinz insan səyinizi dəyərləndirməyəcək.
Əkizlər - gün asan olmayacaq. Ciddi problemləri həll etməyiniz gərəkdir. Çətinliklərin həllində yaxınlarınızın yardımlarından yararlanın. Onlardan dəstəklə bahəm, ağıllı məsləhət də ala bilərsiniz. Sərt tənqid olunmağınız istisna deyil. Səbrli olun, ətrafınızdakı insanların sizə nə demək istədiklərini anlayın. Sözləri ürəyinizə salmayın.
Günün ikinci yarısında əks cins mənsubu sizinlə maraqlanmağa başlayacaq. Axşam saatlarında səhhətinizdə problemin yaranmasını istəmirsinizsə, sərvaxt davranın.
Xərçəng - düşünülməmiş qəbul edilən qərar və ya tələsik əməl çox ciddi fəsadlara malik səhvlərə səbəb ola bilər. Ehtiyatı əldən verməyin. Sayıq davranın, geriyə çəkilməyə ehtiyac yaranacaq zaman üçün yolları müəyyənləşdirin. Əks təqdirdə ağır durumda qala bilərsiniz. Bəyənmədiyiniz, əsla rəğbət bəsləmədiyiniz insana üz tutaraq ondan yardım istəməli olacaqsınız. Yoxsa çətinlikdən qurtulmaq asan olmayacaq.
Günün ikinci yarısında yalan qurbanına çevrilməyin. Etibarınızdan sui-istifadə etməyə çalışacaq adamlar az olmayacaq. Borc verməyin, borc almayın. İri anlaşmalar və ya sövdələşmələr üçün münasib gün deyil. Mühüm sənədlərin imzalanmasını ertələyin.
Şir - işgüzar və şəxsi münasibətlərdə irəliləyişə nail olmaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanları daha yaxşı anlamağa, onların qərarlarının motivlərini və addımlarının səbəblərini bilməyə çalışın. Günün olayları fikir ayrılıqlarını dəf etməyə imkan verəcək. Sevdiyiniz insanla münasibətlərdəki gərgin dönəmə son verin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün ekstravaqant addımlar atmaq, hətta riskli qərarlar qəbul etmək olar. Fəqət, ehtiyatı əldən verməyin. Travma ehtimalı az deyil. Problemlər yarana bilər.
Qız - çoxdan bəri reallaşdırmağa çalışdığınız layihəni və ya işi bu gün başa vura bilərsiniz. Dostlar sizə yardım edəcəklər. Birgə iş və əməkdaşlıq faydalıdır. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Çətinlik ciddi münaqişəyə çevrilməmiş onu aradan qaldırın. Yaşananlar peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizə ciddi təsir etməyəcək.
Günün ikinci yarısı yaşlı qohumlarla təmaslar üçün əlverişlidir. Ailədə problemlər yaranarsa, onları təxirə salmadan, ertələmədən həll edin.
Tərəzi - ciddi qərarları müstəqil qəbul edin. Onları mümkün qədər tez həyata keçirməyə çalışın. Yaxın ətrafınızdakı insanların dəstəyinə bel bağlamayın. Onların sizə qınaq və tənələrini bildirmələri də istisna deyil. Səbəb həmin insanların sizin haqlı olduğunuzu anlamamalarıdır. Bir qədər vaxt keçəcək və hamı anlayacaq ki, mümkün olan variantlar arasında ən məntiqlisini, ən doğru yolu seçibsiniz.
Günün ikinci yarısında problemlərin həllində təxəyyülü işə salın. Rutin, standart, tipoloji həllər əlverişli deyil. Orijinal çözümlərə üstünlük verin.
Axşam saatlarında özünüzü qalib hiss edəcəksiniz.
Əqrəb - uğurlu və əlverişli gündür. Amma kiçik problemlər istisna deyil. Yaranan çətinlikləri mümkün qədər tez, təxirəsalınmaz şəkildə həll edin. Həmfikir və tərəfdaşlarla birlikdə çalışın. Onların dəstəyini və razılığını almağa çalışın. Bir müddət sonra isə müstəqil işləyərək daha effektiv nəticələrə nail ola bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaranacaq. Yaxınlarınızla təmaslar sizi sevindirəcək. Uzaq qohumlardan birinin qonaq gəlməsi mümkündür. Görüş xoş olacaq.
Axşam saatlarında gəlir və ya qiymətli hədiyyə istisna deyil.
Oxatan - diqqətli və sayıq olsanız, ciddi səhvlərə yol verməzsiniz. Önəmli sənədlərlə işləmək, böyük məbləğdə maliyyə vəsaiti ilə əməliyyatlar aparmaq üçün əlverişli zaman deyil. Uzunmüddətli anlaşma və ya sazişi ertələyin. Ünsiyyət, təmaslar, danışıqlar üçün əlverişli zamandır.
Günün ikinci yarısında həssas və qayğıkeş davranmağa çalışın. Sevdiyiniz insanla danışarkən sərt olmayın. Köç və ya iş yerini dəyişmək barədə düşünə bilərsiniz.
Oğlaq - pis gün deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artır. Yaşananlara şikayətlənmək əvəzinə malik olduğunuz imkanlardan maksimal dərəcədə effektiv istifadə edin. Yaşamınızda yeni səhifə açmaq istəyirsinizsə, münasib zamandır. Həyatın bir sıra sahələrində yenilənmələrə və dəyişikliklərə hazır olun.
Günün ikici yarısında aktiv çalışın. Danışıqlar apardığınız şəxslə ümumi məxrəcə gəlin. Belədə önəmli məsələ ilə bağlı razılaşmaya nail ola bilərsiniz.
Romantik münasibətlər üçün pis olmayan, amma sıradan bir zamandır.
Dolça - qarışıq, mürəkkəb, çətin gündür. Məqsədə doğru aparan yolda çoxsaylı çətinliklər yaranacaq. Lakin ruhdan düşməyin, sədləri dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Problemlərin çoxluğu sizi nikbinlikdən məhrum etməsin. Sizə mənəvi dəstək verməklə yanaşı, real yardım göstərən insan olacaq. Köhnə dostlar və sınanmış işgüzar tərəfdaşlarla görüş üçün əlverişli zamandır.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə gərginlik yarana bilər. Sevdiyiniz insan sizi pərişan edə bilər. Hisslər və emosiyaların qurbanı olmayın. Ani istəklərə pul xərcləyərək bədxərclik etməyin.
Balıqlar - bu gün yardım gözləmədən məhsuldar çalışın. Müstəqil olun. Böyük, geniş miqyaslı işlərə başlamağa ehtiyac yoxdur. Hətta ən kiçik, cüzi təsir bağışlayan işin sonucu önəmli və diqqətəlayiq ola bilər.
Günün ikinci yarısının maliyyə fonu əlverişlidir. Gəlirlər olacaq. Məsrəflər istisna deyil.
Şəxsi münasibətlərdə irəliləyişlər gözlənilir. Axşam saatlarına yaxın baş tutacaq görüş yaşamınızda dəyişikliklərə səbəb ola bilər. Rəğbət hissi ani yaranaraq ciddi təmasa çevrilə bilər.
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?