XİN rəhbəri: "Hindistana nə edəcəyini deməyəcəyəm”

img

01-04-2022 [13:30]


“Hindistan ilə əlaqələri gücləndirmək heç vaxt olmadığı qədər əhəmiyyətlidir”.

“TRT Haber” xəbər verir ki, bunu Böyük Britaniyanln xarici işlər naziri Liz Trass Britaniya-Hindistan Strateji Gələcək Əməkdaşlıq Forumunda çıxşı zamanı bildirib.

“Hindistanla əlaqələri gücləndirmək heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Çünki daha etimadsız dünyada yaşayırıq. Vladimir Putin (Rusiya Prezidenti - red.) Ukraynanı qorxunc şəkildə işğal, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ilhaq edib”, - nazir deyb.

Rusiyaya qarşı sanksiyaların tətbiqinə baxmayaraq, Hindistanın bu ölkədən neft idxal etməsinə belə münasibət bildirib: “Britaniyanın sanksiyalara yanaşması və Rusiya neftindən asılılğımızı sona çatdırdığımızı dedim. Hindistan suveren bir dövlətdir. Ona nə edəcəyini deməyəcəyəm”/Report

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Hindistanda səfərdə olub. O, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlarda Hindistanın tutduğu mövqeyə görə təşəkkür edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR