Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-04-2022 [00:05]
Qoç - gərgin, hadisələrlə zəngin, maraqlı gündür. Günün sonuna yaxın çox yorula bilərsiniz. Amma şikayətlənməyin, çünki sonucda istədiyinizə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar arasında indiyədək sizə dəyər verməyənlərin münasibəti və mövqeləri dəyişir. Onlar nəyə qadir olduğunuzu indi anlayacaqlar.
Günün ikinci yarısında dostlar, tanışlar, köhnə müttəfiqlərlə münasibətlərdə ehtiyatlı, sayıq olun. Hisslərinə və münasibətinə dəyər verdiyiniz insanların xətrinə dəyməyin.
Sərt və aqressiv dəvranmasanız, çoxsaylı problemlər yarana bilər.
Buğa - mühüm qərarlar qəbul etmək, qarşıya yeni məqsədlər qoymaq olar. Nələrin baş verdiyini yaxşı anlamağa çalışın. Sizi təmin edəcək ünsürləri arayın, konkret nəticə əldə etməyə çalışın. İşgüzar münasibətlərdə və əlaqələrdə diqqətli olun. Yaxın ətrafınızdakı insanların sizə rəğbəti var. Bu isə sizə peşəkar fəaliyyət müstəvisində yardım edəcək.
Günün ikinci yarısında əlverişli məqamlar yaranacaq. Çoxsaylı variantlar arasında münasib olanı seçin. Maliyyə fonu pis deyil. Yaxşı gəlir əldə edə bilərsiniz.
Əkizlər - gün pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Bundan yararlanın, vaxtınızı mümkün qədər məhsuldar keçirməyə çalışın. Ən çətin işlərə başlamaq olar. Sizə kimsə yardım etməsə də, geri çəkilməyin, ruhdan düşməyin. Dərhal olmasa da, hər şey alınacaq.
Günün ikinci yarısında müvəqqəti maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış xərclər, spontan sərfiyyatdan qaçının.
Sevdiyiniz insanla münasibətlər pis olmayacaq. O şəxsi sevindirməyə çalışın. Hadisələrə süni təkan verməyin, məcraya müdaxilə etməyin.
Xərçəng - gün xoşagəlməz sürprizlər vəd edir. Asan uğurlara və nailiyyətlərə bel bağlamayın. Sizi çətin, mürəkkəb işlər, yeni öhdəliklər və tapşırıqlar gözləyir. Ötənlərdəki xoşagəlməz hadisənin əks-sədası, köhnə borclar yenidən gündəmə gələcək.
Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sakit və təmkinli davransanız, hər işin öhdəsindən gəlmək olar.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Münasibətlərə yenilik edin. Təxəyyülü işə salın, yaradın. Belədə yaşamınızı daha yaxşı edə bilərsiniz. Səyləriniz və zəhmətlərinizin dərhal nəticə verməyəcəyini bilin. Səbrli, təmkinli olun.
Axşam saatlarında normal istirahət edin.
Şir - hər şey istədiyiniz kimi alınmayacaq. Amma gün ümidsiz deyil. Mühüm qərarlar qəbul etməli olacaqsınız. Çətin, ağır işləri özbaşına görməli olacaqsınız. Yalnız belə olan təqdirdə uğur əldə edəcəksiniz. Maliyyə fonu uğursuzdur. İtkilər ola bilər. Xərcləri azaldın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin rəvan olmasına çalışın. Dəyər verdiyiniz insanları anlamağa çalışın. Yeni romantik macəra ola bilər. Qəlbinizə, hisslərinizə inanın.
Qız - yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjiniz çoxdur, ideya qıtlığı yoxdur. Bu səbəbdən də gün uğurlu alınacaq. Etibarlı müttəfiqlər tapsanız, çətin və usandırıcı işi təkbaşına görməyəcəksiniz. Sərfəli anlaşma, yeni müqavilə ola bilər. Sərfəli anlaşmalar, gəlir mənbəyinin dəyişilməsi və möhkəmlənməsi ola bilər.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə mütləq qatılın. Həmin tədbirə getmək istəmirsinizsə, amma getməlisinizsə, ruhdan düşməyin. Hər şey yaxşı olacaq. Səfərlər və gəzintilər uğurlu alınacaq.
Tərəzi - maliyyə məsələləri və uzunmüddətli əməkdaşlıqla bağlı qərarlar qəbul etmək üçün əlverişli gün deyil. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin, öhdəliklərə boyun olmayın. Yeni müttəfiq və tərəfdaşı diqqətlə seçin. Etibarınızdan sui-istifadə etmək istəyənlər var.
Günün ikinci yarısında qəfil vizitlər ola bilər. Qonaqlar çox qalacaqlar. Yeni tanışlıqlar nəticəsində yaranacaq münasibətlər dayanıqlı olacaq.
Həmin münasibətlərdən biri yaşamınıza önəmli təsir edəcək.
Əqrəb - maliyyə fonu əlverişli deyil. Pullarla ehtiyatla davranın, böyük məbləğdə xərclər etməyin. Özünüzü və yaxınlarınızı nə iləsə sevindirmək istəyirsinizsə, bu hisslərə aldanmayın. Bədxərclik etməyin. Qarderobu yeniləmək istəyirsinizsə, yeni geyim almayın, köhnə paltarlarla eksperiment aparın.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişlidir. Diqqətli və həssas olun. Təklifləriniz qaba təsir bağışlamamılıdır. Həddən ziyadə diqqət cəlb etməyin. Həddən artıq diqqəti cəlb etməyin. Bədxahlar və rəqiblər daha da aktivləşəcəklər.
Oxatan - yaranmış şəraitdən baş çıxarın, problemləri vaxtında həll etməyə çalışın. Gün ərzində baş verəcək hadisələrdən biri yaşamınızda ciddi dəyişikliklərə səbəb ola bilər. Situasiyanın axarı qərarlarınızın dürüstlüyündən asılıdır. Ən çətin vəziyyətlərdə soyuqqanlı olun, təmkinli davranın. Səbrlə, düşünüb-daşınandan sonra qəbul edilən qərar sizə olan sayğını artıracaq.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı olacaq. Əhvalınız pisləşə bilər. Meteohəssasınızsa, sayıq olun. Emosional fon əlverişli deyil. Qıcıqlanmayın, hirslənməyin.
Oğlaq - asan, rahat, sadə gündür. Uğur əldə etmək şanslarınız az deyil. Nailiyyətləri əldə saxlamaq üçün bir qədər səy göstərmək gərəkdir. Maraqlı macəralar və kəşflər sizi gözləyir. İlginc tanışlıqlar da ola bilər.
Dəvət olunduğunuz tədbirə qatılın. Zahiri görkəminizə diqqət yetirin. Sizi bu gün paltara görə qarşılayacaqlar.
Günün ikinci yarısında maliyyə və əmlak məsələlərini çözmək, alış-veriş etmək, sərmayə yatırmaq olar. Zinət əşyaları, bahalı bəzəklər almaq üçün münasib gündür.
Dolça - sizi maraqlı görüşlər gözləyir. Onların bəziləri xoşagələn olmasa da, hər təmasdan fayda əldə etməyə çalışın. İşgüzar danışıqlar və müzakirələr pis keçməyəcək. Bir şərtlə ki, təklif və iradlarınız arqumentlərə əsaslansın, dəqiq və vaxtında olsun. Belədə yüksək rütbə və ya vəzifədə olanlar da dediklərinizə qulaq asacaqlar.
Günün ikinci yarısında şəxsi münasibətlərdə lider olun. Buna kimsə etiraz etməyəcək. Yaxın ətrafınızdakı insanlar təşəbbüslərinizi bəyənəcəklər. Yaradıcılıq potensialınızın səviyyəsi yüksək olmalıdır. Təxəyyülünüz sərhəd bilməsin. Hətta ən adi iş və məqamlarda da qeyri-adilik tapmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - diqqət mərkəzində olmağa çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaxın ətrafınızda olan insanların diqqətini cəlb edin. İmiclə eksperimentlər apara bilərsiniz.
Günün ikinci yarısı dəvət aldığınız yerə yollanın. İşgüzar intuisiyanız güclü olsun. Peşəkar fəaliyyət sahəsində qəbul etdiyiniz qərarların yanlış olmasına imkan verməyin. Yanınızdakı insanlar addım və qərarlarınızın motivlərini həmişə anlamırlar. Amma hadisələrin inkişaf məcrası sizin haqlı olduğunuzu göstərəcək.
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ