Ərdoğan Zelenski ilə telefonda danışdı - Nələr müzakirə olunub?

img

31-03-2022 [21:51]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Mia.az TRT-yə istinadla xəbər verir ki, söhbət zamanı İstanbulda martın 29-da baş tutan Rusiya-Ukrayna danışıqları olub.

Ərdoğan Ukrayna və Rusiya danışıqlar nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrinə əsasən, müharibənin dayandırılması və sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesə mənalı təkan verdiyini bildirib.

İstanbul danışıqlarından sonra gərginliyi azaltmaq üçün bəzi işarələr verməyi vacib hesab etdiyini deyən prezident Ərdoğan Ukrayna və Rusiya liderlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb.

Ukrayna prezidenti Zelenski də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün Türkiyə Prezidentinə təşəkkür edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR