DEPUTAT KOMİTƏ SƏDRİNİ "TOPA TUTDU": "Mehdiyev Kəmaləddin Heydərovun adını gömrük tarixindən “silir”
31-03-2022 [18:12]
"Azərbaycanda hər yeni vəzifəyə gələn məmurun özündən əvvəlkinin bütün izlərini silməsi ənənəsi çoxdan mövcuddur və hazırda da bu tendensiya “uğurla” davam etdirilir. Nazirlər, komitə sədrləri, icra başçıları, hətta universitet rektorları da rəhbərlik etdikləri qurumlarda sələflərinə aid heç bir iz saxlamaq istəmirlər".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclsin üzvü Etibar Əliyev sosial şəbə\kədəki hesabında yazıb.
Deputat bildirib ki, əksər hallarda həmin qurumlarda keçirilən tədbirlərdə, yubileylərdə, hətta onların fəaliyyəti, tarixi barədə çap edilən kitablarda belə “sabiqlər”ə yer yoxdur:

"Özü də fərq etmir, onlardan öncəki məmurlar yaxşı işləyiblər, yoxsa vəzifədən birbaşa həbsxanaya yollanıblar...
Məsələn, BDU-nun 95 illiyi ilə bağlı universitetin o vaxtkı rektoru Abel Məhərəmovun çap etdirdiyi kitab demək olar ki, bütövlükdə onun özünə həsr olunmuşdu. Kitabda 50-dən çox şəklini vermişdi...Yəni ki, bu “ənənə” yaşayır...
Eyni yanaşmanı Dövlət Gömrük Komitəsinin yenicə çap etdirdiyi, nəfis tərtibata malik iri həcmli “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı kitabda da görmək olar. Kitabın ilk səhifəsində “Layihənın rəhbəri” qrafasında DGK-nın hazırkı sədri Səfər Mehdiyevin adı keçir. Kitabın ön sözü də Mehdiyevin imzası ilə təqdim olunur. Ardınca az qala ibtidai icma qurluşundan bu günə qədər olan ümumilikdə gömrük tarixi və onun Azərbaycana aid hissəsindən uzun-uzadı söz açılır.

Ancaq maraqlıdır ki, xüsusilə də Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonrakı dövr ərzində Mehdiyevdən başqa DGK-ya rəhbərlik etmiş şəxslərdən heç kimin adı çəkilmir. Əvəzində kitabla tanış olanda belə təəssürat yaranır ki, müasir dövrün gömrük sistemi bütövlükdə məhz hazırkı gömrük şefinin “əsəridir”".
Deputatın sözlərinə görə, kitab başdan-ayağa S.Mehdiyevin fotoları ilə “süslənib”:
"Burada Mehdiyevin nə az - nə çox, düz 16 fotosu yer alır. Onun xarici həmkarları ilə görüşləri, çıxışları və s. barədə geniş məlumatlar verilir. Ancaq ondan öncə bu quruma uzun dövr rəhbərlik etmiş Kəmaləddin Heydərovun və Aydın Əliyevin nə adına, nə də fotosuna rast gəlinmir.
Xatırladaq ki, Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə qədər Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini tutub. Hətta vəzifəsini dəyişərək, Fövqəladə Hallar naziri təyin olunsa belə, uzun illər ümumilikdə gömrük sistemi, gömrük orqanının ciddi əhəmiyyətə və nüfuza sahib qurum kimi tanınması daha çox onun adıyla bağlı olub. Heydərov elə indi də hakim komandadadır və strateji nazirliklərdən birinə rəhbərlik edir. Lakin maraqlıdır ki, sözügedən kitabda bircə yerdə belə Heydərovun DGK sədri kimi fəaliyyətinə dair nəyəsə rast gəlmək mümkün deyil. Həmçinin, ondan sonra 2006-cı ildən 2018-ci ilə qədər 12 il bu vəzifəni tutmuş, yəni indiki komitə sədri Səfər Mehdiyevin birbaşa sələfi olmuş Aydın Əliyevin də bu kitabda nə izi var, nə də tozu...

Ümumiyyətlə, Azərbaycan məmurlarının rəhbərlik etdikləri qurumlara dair Sovetdən qalma kitab çap etdirmə həvəsi dövlət vəsaitlərinin lazımsız istiqamətlərə xərclənməsindən başqa heç bir nəticə vermir. Onsuz da hər yeni gələn məmur özündən əvvəlkinin kitabını oxumur və öz kitabını yazır...".
Deputat daha sonra yazır: "Səfər Mehdiyevə gəlincə, təbii ki, o, özünü dünyanın və Azərbaycan tarixinin “ən dahi gömrükçüsü” hesab edə bilər və yəqin ki, sözügedən kitab da məhz bu narsizmin göstəricisidir. Lakin əsas məsələ istənilən məmura, siyasi, yaxud ictimai xadimə və s. onun özünün yox, cəmiyyətin və tarixin verdiyi qiymətdir...".
Mia.az
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL