Almaniya kansleri: “Rusiyanın hücumu ilə barışmayacağıq”

img

30-03-2022 [17:29]


Almaniya kansleri Olaf Şolts Rusiyanı imperializmdə ittiham edib.

Məlumata görə, Sosial Demokrat Partiyasının Düsseldorf şəhərində keçirdiyi tədbirdə çıxış edərkən Olaf Şolts deyib: “Açıq danışmaq gərəkdir: Rusiyanın Ukraynaya hücumunun kökündə yalnız və yalnız imperializm düşüncəsi durur. Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibədə yeganə məqsəd isə torpaq ələ keçirməkdir. Biz bununla barışa bilmərik, barışmayacağıq da”.

Kansler qeyd edib ki, hazırkı vəziyyət çox ciddi və təhlükəlidir.

Olaf Şolts 2021-ci ilin dekabrından kanslerdir. O, Sosial Demokrat Partiyasının təmsilçisi kimi bu posta seçilib. 

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır/Novator.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR