Azərbaycanda müəmmalı rekord: MİDA 5 saniyəyə 500 mənzil satdı - Narazılıq böyüyür (Yenilənib)
30-03-2022 [15:24]
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30.03.2022-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
MİDA-dan Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 442 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 24 761 nəfərdir.
Bugünkü satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 442 mənzilin 257-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 04 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.
***
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi bu gün başa çatıb.
MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışda iştirakçıların əksəriyyəti bir neçə saniyə ərzində evlərin yoxa çıxmasından şikayət edirlər.
Vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığını deyirlər.
Misal üçün, Amin Nəzərli adlı vətəndaş da qeyd edir ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür:
"Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA-nın xəbəri yoxdur (bəlkə də var). Yəni, qısaca MİDA-ya bir NİDA!".
Aqşin Ağayev adlı digər iştirakçı da MİDA-nın təşkil etdiyi satışın şəffaf keçirilmədiyini deyir:
"Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına bu gün saat 11:00-da start verib. Ev almaq istəyən şəxslərin deyərdim ki, 90 faiz qismi proqramçılarla müraciət edib. Hazırda demək olar ki, hər kəs ev ala bilmədikləri üçün narazılıq edir. Hətta, bu prosesi 6, 7, 8, 9 saniyə ərzində etməsinə baxmayaraq. Belə çıxır ki, bu mənzilləri almaq üçün ya bir sehr ya da ilahi qüvvələrin köməyindən istifadə etmək lazımdır. Bu prosesin tam şəffaf olduğunu MİDA necə sübut edə bilər? Və ya hardan izləmək mümkündür?
"Sosial ev", "güzəştli mənzil" hesab edilən evlərdən yararlanmaq bu qədər çətin olmamalıdır!".
Elman Mütəllim adlı başqa bir iştirakçı isə MİDA-nın təşkil etdiyi satışı "açıq alver" adlandırıb.
Onun sözlərinə görə, ilkin mərhələ üçün üçün satışa çıxarılmış sosial evlərin birinci mərhələsi uğursuz olub:
"Komanda üzvümüzdən yalnız bir nəfər qalib gələ bildi. Ən uzunmüddətli seçimimiz 9 saniyə olsa da (Bu ən yüksək göstəricilərdəndir) uğur qazana bilmədik. Əgər burada açıq-aşkar alver getmirsə, biz də birşey bilmirik. Allah sizə min lənət eləsin. Kasıbın, ehtiyacı olanların haqqına girdiniz yenə. 8 saniyəyə seçimimizi qəbul etməyən sisteminiz başınıza dəysin. Əgər deyirsinizsə ki, bacarmadınız, sizin ümumi proqramçılarınıza masterclass keçəcək komandayla girmişdik seçimlərə (5-ci saniyədə bloklanmışdı seçimlər). And olsun allaha, açıq alver etdilər. Bütün sistem bloklandı, tanıdığım bütün seçimə girənlərin hər biri məyus oldu. Bu dərəcədə olmamışdı heç. İlkin mərhələ belə getdi. Növbəti seçimdə öz adıma da iştirak edəcəm. Amma bu gedişlə heçnə udmaq olmaz. Xahiş edirəm, bu işi görən proqramçılar, işıqlandırın, qorxmayın", - deyə Elman adlı iştirakçı əlavə edib.
Tanınmış jurnalist Afət Yaqubova isə qeyd edib ki, bu günün gündəmi 5 saniyəyə 500 ev satan MİDA ola bilər.
Qeyd edək ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışı ilə bağlı vətəndaşların şikayətlər yüzlərlədir.
Vətəndaşların narazılıqları ilə bağlı MİDA rəhbərliyi telefon zənglərimizə cavab verməyib/Demokrat.az.





TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ