Ukraynada əhalinin köçürülməsi üçün daha 3 humanitar dəhliz açılıb

img

30-03-2022 [12:59]


Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün Rusiya illə daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb.

Mia.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyasə üzrə nazir İrina Vereşuk deyib.

O bildirib ki, humanitar yardımların çatdırılması və insanların təxliyəsi üçün daha 3 humanitar dəhlizin açılması barədə razılıq əldə olunub: "Humanitar yardım daşıyan avtobus və yük maşınları artıq Zaporojyanı tərk ediblər. Biz Rusiya tərəfindən öz öhdəliklərinə əməl etməyi və humanitar yüklərin nəzarət-buraxılış məntəqəsindən keçmələrinə icazə vermələrini tələb edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR