Putinin sözçüsü: "Abramoviç Rusiya heyətinin rəsmi üzvü deyil, ancaq..."

img

29-03-2022 [14:33]


Kreml rusiyalı iş adamı, milyarder Roman Abramoviçin Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində keçirilən görüşündə iştirakına aydınlıq gətirib.

Mia.az NTV-yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyev arasında bununla bağlı razılıq əldə olunduğunu söyləyib.

“İki tərəf arasında təması reallaşdırmaq üçün uyğun olaraq hər iki tərəfin razılığı alınmalıdır. Abramoviçin iştirakı ilə bağlı belə razılıq əldə olunub. Roman Abramoviç Rusiya və Ukrayna tərəfdən müəyyən təmasın təmin olunmasında iştirak edir və nümayəndə heyətinin rəsmi üzvü deyil. Eyni zamanda o, bu gün İstanbuldakı görüşdə bizim tərəfimizdən qatılıb”, - D. Peskov bildirib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Türkiyənin İstanbul şəhərində görüş başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR