ABŞ-ın keçmiş dövlət katibi vəfat edib

img

23-03-2022 [22:58]


ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 84 yaşında vəfat edib.

Mia.az  xəbər verir ki, o, xərçəng xəstəliyindən müalicə olunurdu.

Qeyd edək ki, o, ABŞ-ın ilk qadın, eləcə də 64-cü dövlət katibi olub.

Madlen Olbrayt 1937-ci ildə Çexiyanın Praqa şəhərində diplomat ailəsində anadan olub. 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib.

M.Olbrayt 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR