Rüstəm İbrahimbəyov: “Eldar Namazov son vaxtlar mənə zəng vurmur”

img

26-03-2014 [17:42]


Ziyalılar Forumunun üzvü, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun toplantısının keçirilməməsinin səbəbini açıqlayıb.

R.İbrahimbəyov APA-ya açıqlamasında deyib ki, ziyalılar onunla əlaqəyə girməkdən  qorxurlar. R.İbrahimbəyov bildirib ki, Azərbaycan ziyalıları onunla ünsiyyətə girəndə də gizli danışırlar, xahiş edirlər ki, heç kim bilməsin: "Ona görə də ziyalılara yığışıb nəyisə müzakirə etmək təklif olunanda qorxurlar”.

R. İbrahimbəyov Ziyalılar Forumunun tədbirlərinin təşkilatçısı olmuş El Hərəkatının sədri Eldar Namazovun isə son vaxtlar ona zəng etmədiyini deyib: "Bizim münasibətimiz elə qurulub ki, əlaqə həmişə Eldar Namazov tərəfindən yaradılıb. Bəlkə nədənsə inciyib, mənə açıq heç nə demir, mətbuatda da bu barədə nə isə yazmır. Mənə elə gəlir ki, bu, Eldar Namazovla Cəmil Həsənli arasında münaqişə zamanı Cəmil Həsənlini müdafiə etməyimlə bağlıdır. Ancaq özü ilə bu barədə söhbətim olmadığı üçün dəqiq səbəb deyə bilmərəm, ona görə də hələlik susuram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA