Hafiz Hacıyev Almaniyalı diplomatla görüşüb

img

03-04-2014 [12:48]


Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Almaniyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirinin birinci katibi Frederik Hanke ilə onların mənzil qərargahında görüşüb.

Görüşdə MMP-nin İdealoji İşlər üzrə müavini Təranə Ramazanova da iştirak edib. Görüş əsnasında Azərbaycan-Almaniya münasibətləri haqda ətraflı və maraqlı fikir mübadiləsi aparılıb.Bu münasibətlərin daha da dərinləşdirilməsinin perespektivləri müzakirə edilib. Daha sonra bütövlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri, superdövlətlə münasibətlərin daha da inkişaf etməsinə toxunulub .Tərəflər arasında regionda və ölkədəki siyasi durum, 2014-cü və 2015-ci illərdə keçiriləcək bələdiyyə və parlament seçkisi də müzakirə olunub.Görüşdə seçki dövründə və seçkidən sonra Qərbin Azərbaycana qarşı yürütdüyü siyasət ,tutduğu mövqeyə də toxunulub. Almaniyalı diplomat isə Almaniyanın Azərbaycanda demokratiyanın inkişafında maraqlı olduğunu qeyd edib və mənsub olduğu dövlətın bu yöndə səy göstərdiyini də deyib. Görüşün sonunda qərara alınıb ki,MMP ilə Almaniya səfirliyi arasında mütəmadi olaraq görüşlər keçirilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA