Çavuşoğlu: "Türkiyə Putinlə Zelenski arasında mümkün görüşə ev sahibliyi edə bilər”

img

20-03-2022 [17:50]


“Rusiya Prezdenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə Türkiyə ev sahibliyi edə bilər”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Antalya əyalət təşkilatının genişlənmiş iclasında deyib.

O bildirib ki, Türkiyə üçün ən vacibi sülh üçün bir araya gəlməsini təmin etməkdir: "Görüş yeri Türkiyə, başqa yer də ola bilər. Görüşlərin detallarını vasitəçi olduğumuz üçün deyə bilmərik. Ukrayna tərəfsizlik statusu qarşlığında qarant istəyir. BMT Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Türkiyə və Almaniyanın da tərəfzilik statusuna təminatçı olmasını istəyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR