Almaniya Kansleri: "Ölən rus əsgərlərinə görə Putin məsuliyyət daşıyır"

img

17-03-2022 [15:03]


"Rusiya qonşusuna hücum etdi və müharibəni başlatdı".

Bunu Almaniya Kansleri Olaf Şolts NATO Baş katibi Yens Stoltenberqlə mətbuat konfransında deyib.

O bildirib ki, Almaniya da daxil olmaqla bir sıra ölkələr gərginliyin aradan qaldırılması və müharibədən yayınmaq üçün dialoq və danışıqlar istiqamətində səylər göstərib, lakin Rusiya Prezidenti Vladimir Putin gücdən istifadə etməyi, müharibəni seçib: "Bu gün ukraynalılar müharibədən əzab çəkir, insanlar həlak olur, eyni zamanda Rusiya vətəndaşları da zərər görür"/APA.

Kansler bildirib ki, bu əsasız müharibədə ölən rus əsgərlərinə görə Rusiya Prezidenti məsuliyyət daşıyır: "Bunu hər bir Rusiya vətəndaşı bilməlidir".

Şolts deyib ki, NATO tərkibində Almaniya Ukraynanın müdafiə qabiliyyətinin güclənməsinə dəstək verir və bu dəstəyi davam etdirəcək: "Lakin NATO bu müharibəyə müdaxilə etməyəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR