Zaxarova: "Ukraynaya silah göndərən ölkələr öz əlləri ilə özlərinə təhlükə yaradırlar"

img

17-03-2022 [10:26]


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.

TASS xəbər verir ki, o, bu barədə “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırıb.

“Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Rəsmi Moskva Vaşinqtonla fəal danışıqlar aparmır”, - XİN rəsmisi deyib/Report.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirlikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərinə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR