Aygün Kazımova Röyanı təriflədi

img

24-03-2014 [14:04]


Xalq artisti Aygün Kazımova aralarında soyuqluq yaşanan sevilən ifaçı Röya Ayxan barədə müsbət fikirlərini dilə gətirib. ANS PRESS-in məlumatına görə, ifaçı bu barədə yerli telekanallardan birində verdiyi müsahibə zamanı bildirib. Aygün xanım açıqlamasında Türkiyədə "Kral Musiqi ödülləri” yarışmasına nominant olan Röyaya uğurlar arzulayıb:

"Bu il "Kral musiqi ödülləri”nə nominant ola bilmədim. Çünki şirkətimi dəyişmişəm və yeni layihəm hələ hazır deyil. Amma söz verirəm ki, ora gələn il qatılacam və mükafatı alacam. Mən özümə və şirkətimə güvənirəm. Eşitmişəm ki, Röya nominantlar siyahısındadır. Ona ürəkdən uğurlar arzulayıram. Sağ əli olmayanların başına. Bəziləri deyir ki, nə var ki, namizəd olub da. Niyə bunu böyük xəbər edir? Heç kimin əməyini kiçiltməyin, cılızlaşdırmayın. Bu böyük bir göstəricidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR