Rusiya XİN başçsıı: "ABŞ Türkiyə, Çin, Hindistan və Misiri şantaj edir"

img

16-03-2022 [13:57]


"ABŞ Rusiyaya görə Çin və Türkiyəyə hədsiz dərəcədə kobud və ləyaqətsiz şəkildə təzyiq göstərir".

Mia.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində bildirib.

Lavrov Vaşinqtonun Moskvaya görə Çinə, Türkiyəyə və digər ölkələrə təzyiqini kobudluq adlandırıb: “Bu, hədləri aşmaqdır”.

Rusiya XİN başçısı əlavə edib ki, bu cür şantaj Çin, Hindistan, Misir kimi qədim sivilizasiyalara qarşı tətbiq edilir, Türkiyəyə S-400-lərlə bağlı tələblər irəli sürülür: “Dünyanın əksər ölkələri Rusiyanı dəstəkləyir, lakin onlar ABŞ-ın kütləvi və “çirkli” təzyiqi altındadırlar. Ümumilikdə, Rusiyanı dəstəkləyən ölkələr çoxluq təşkil edir. Amma onların məruz qaldıqları təzyiq nəinki görünməmiş bir təzyiqdir, mən belə bir şeyi heç vaxt təsəvvür edə bilməzdim. Mən bilirdim ki, amerikalılar indiki şəraitdə həqiqi çoxqütblü və bərabər dünyaya doğru hər hansı müsbət irəliləyişin qarşısını almaq üçün çox şeyə hazırdırlar, lakin onlar belə çirkin, nəhəng gücə layiq olmayan işlərlə məşğul olacağı qorxulu yuxumda da fikrimə gəlməzdi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR