Ukrayna parlamentinin 20-yə yaxın deputatı ölkədən qaçıb

img

15-03-2022 [15:02]


Rusiyanın fevralın 24-də başlatdığı müharibədən sonra Ukrayna parlamentinin (Ali Rada) 20-yə yaxın deputatı ölkəni tərk edib.

 UNIAN xəbər verir ki, bu barədə Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko məlumat verib.

"Müxtəlif rəqəmlər var, indi dəqiqləşdirməyəcəyəm... 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur”, - o deyib.

A.Korniyenko eyni zamanda, 9 deputatın Avropa Şurasında ezamiyyətdə olduğunu da xatırladıb/Report.

Bildirilib ki, ölkədən qaçan xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR