Çexiya, Slovakiya və Polşanın Baş nazirləri Kiyevə səfər edəcək

img

15-03-2022 [12:18]


Bu gün Çexiyanın Baş naziri Petr Fiala, Slovakiyanın hökumət başçısı Yanez Yanşa və Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna paytaxtı Kiyevə səfər edəcək.

“Associated Press” xəbər verir ki, bunu P.Fiala tviterdə yazıb.

Liderlər Avropa İttifaqının missiyası kimi Kiyevə baş çəkəcəklər.

“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, - hökumət başçısı bildirib.

Üç ölkənin Baş nazirləri ilə yanaşı Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR