Türkmənistanın hazırkı prezidentinin 40 yaşlı oğlu ölkənin yeni prezidenti seçilib

img

15-03-2022 [11:31]


Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdiməhəmmədov ölkənin yeni prezidenti seçilib.

Mia.az xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.

Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR