MSK-nın sabiq mətbuat katibi yeni vəzifəsindən də istefa verdi

img

23-03-2014 [23:05]


Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib.  

"Qaynar.info"nun məlumatına görə, Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb. Məsələ ilə bağlı Azər Sarıyev açıqlama vermək istəməyib.

AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov isə Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: "Azər Sarıyev işdən çıxarılmayıb. O, öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə, uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi".

Xatırladaq ki, Azər Sarıyev jurnalist fəaliyyətinə "Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə "Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib.

Daha sonra "Palitra” qəzetinin baş redaktor olub (1999-2003). "Millət”, Hürriyyət”, "Kaspi” qəzetləri, "Azadinform” İnformasiya Agentliyi ilə əməkdaşlıq edib.


2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA