Məhərrəm Əliyev Vilayət Eyvazovla bir arada: "Daxili Qoşunlar mobil bir quruma çevrilib"
12-03-2022 [15:41]
Bu gün - martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir.
Mia.az xəbər verir ki, bu münasibətlə həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edən daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov deyib ki, ulu öndər Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Daxili Qoşunların şəxsi heyətinin Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü kimi təsis olunub. Ötən müddətdə Daxili Qoşunlar ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Torpaqlarımızın müdafiəsi uğrunda aparılan 1-ci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Hərbi qulluqçulardan 9-u “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Daxili Qoşunların hərbi qulluqçularının böyük zəfərlə başa çatan Vətən müharibəsində də iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini bildirən general-leytenant Ş.Məmmədov düşmənlə ağır döyüşlərdə Qoşunların 66 hərbçisinin şəhid olduğunu, 346 nəfərin isə yaralandığını, Prezident tərəfindən Qoşunların Vətən Müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1377 hərbçisinin yüksək dövlət təltiflərinə, o cümlədən 4 nəfərin “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüldüyünü bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.
O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.
Sonra çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.
Nazir vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi. İki ildən artıq müddətdə dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, xüsusi karantin rejimində yaşadığımızı vurğulayan general-polkovnik Vilayət Eyvazov bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə kömək etdiyini vurğulayıb. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.
Diqqətə çatdırılıb ki, Daxili Qoşunlar 25 ildir ki, Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir V.Eyvazov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər Nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL