Putini təbrik edən ukraynalı deputat barədə qiyabi həbs qərarı çıxarıldı - Xəyanət ittihamı ilə

img

12-03-2022 [15:32]


Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.

Məlumata görə, “Həyat naminə - müxalif platforma” («Оппозиционная платформа — за жизнь») partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur/Report.

Qeyd edək ki, İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.

Hazırda deputatın ölkə xaricində olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?