Xarkovda yaşayış evi bombalanıb, ölənlər var

img

10-03-2022 [23:08]


Ukraynanın Xarkov vilayətinin Slobojanskoye kəndinə altı hava bombası atılıb.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Burada heç vaxt hərbi infrastruktur obyekti olmayıb. Buna baxmayaraq, rusiyalı hərbçilər kəndin yaşayış məntəqələrini vurmağa qərar veriblər. Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb. Biri qadın, ikisi uşaq olmaqla 7 nəfər ölüb. Binanın dağıntıları arasında axtarış işləri davam etdirilir. Ölənlər barədə məlumat dəqiqləşdirilir"/Report.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?