Ərdoğanla Bayden Ukraynadakı vəziyyəti müzakirə etdi: "Türkiyənin vasitəçi olması vacibdir"

img

10-03-2022 [21:33]


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefonla danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Söhbət zamanı Rusiyanın Ukraynaya hücumu da daxil olmaqla regional hadisələr, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü diplomatiyanın qələbəsi adlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?