Ukraynanın xarici işlər naziri Türkiyədə AEBA-nın Baş direktoru Rafael Qrossi ilə görüşüb

img

10-03-2022 [15:54]


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Ukraynanın XİN başçısı tviterdə məlumat verib.

"AEBA-nın Baş direktoru Rafael Qrossi ilə Antalyada görüşərək Rusiyanın işğalı qarşısında Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək yollarını müzakirə etdik. Mən təkid edirəm: Avropada fəlakətin qarşısını almaq üçün Rusiya öz qoşunlarını Çernobıl və Zaporojye AES-dən dərhal çıxarmalıdır", - XİN başçısı tviterdə qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?