Saakaşvili aclıq aksiyasını dayandırıb - Bəyanat

img

10-03-2022 [14:45]


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb.

Mia.az xəbər verir ki, bu barədə o, müraciət yayıb.

Bildirib ki, hazırda ona sağlam düşüncə, sağlamlıq və güc lazımdır: “2014-cü ildən Ukraynanı müdafiə edən gürcü döyüşçülərdən məktub almışam. Onlar məndən aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Eyni xahiş daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir. Buna görə də aclıq aksiyasını 20-ci günündə dayandırıram. Biz qələbəni tam hazırlıqlı vəziyyətdə qarşılamalıyıq”.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?