Peskov: "Türkiyədə gözlənilən görüş çox mühümdür"

img

09-03-2022 [17:52]


"Rusiya Ukrayna ilə danışıqların yeni raundlarının tezliklə keçirilməsini arzulayır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya tərəfi danışıqların davam etdirilməsində hələ də maraqlıdır:

"Rusiyanın mövqeyi son dərəcə aydındır və bu mövqe Ukrayna danışıqlarının iştirakçılarının diqqətinə çatdırılıb. Danışıqda iştirak edən ukraynalılar buna hazır olan kimi biz yeni raundların tezliklə keçirilməsində maraqlıyıq. Türkiyədə xarici işlər nazirlərinin gözlənilən görüşü danışıqlar prosesinin çox mühüm davamıdır. Gəlin qabağa qaçmayaq. Görüşü gözləyək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?