Ukrayna MN: "Ruslar Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər, 400-dən çox şəxs həbs edilib"

img

09-03-2022 [16:26]


Ruslar Ukraynanın Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər.

UNİAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb sakinlərin müntəzəm etirazlarıdır.

Məlumata görə, ruslar 400-dən çox Ukrayna vətəndaşlarını qanunsuz həbs ediblər. Əhalinin müqaviməti nəticəsində şəhərdə “Xerson Xalq Respublikası” elan etmək cəhdləri iflasa uğrayıb.

Bundan başqa, ruslar şəhərdə mobil rabitəni kəsiblər, internet fasilələrlə işləyir/Report.

Qeyd edək ki, ruslar martın 2-də Xersonu mühasirəyə almışdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?