Rusiya ordusunun daha bir məşhur generalı Ukraynada öldürülüb: "O, Krıma görə medal almışdı"

img

08-03-2022 [10:12]


Rusiya ordusunun daha bir general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib: "Onunla yanaşı, Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb.
Məlumat üçün qeyd edək ki, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib, o, "Krımın qaytarılmasına görə" medalını alıb".

Onu da xatırladaq ki, bundan bir neçə gün əvvəl Rusiya ordusunun general-mayor Andrey Suxovetski Ukraynada döyüşdə öldürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?