Ukrayna Prezident Ofisinin müşavirindən Qərbə replika: "Şəhərlərimiz dağıdılsa da, biz hələ də döyüşürük

img

07-03-2022 [13:20]


Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Qərb ölkələrini tənqid edib.

UNİAN xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Görünür, Ukraynanın dostları rahat kafelərdə oturub dağıdılmış şəhərlərimizin fotolarına baxmaqdan məmnundurlar. Şəhərlərimiz dağıdılsa da, biz hələ də döyüşürük”, - deyə o vurğulayıb/Report.

Qeyd edək ki, Ukrayna hakimiyyəti müharibənin ilk günündən etibarən Qərb tərəfdaşlarını Ukrayna səmasını bağlamağa kömək etməyə çağırır. Prezident Volodimir Zelenski, eləcə də Ukrayna hakimiyyətinin digər nümayəndələri öz bəyanatlarında bunu dəfələrlə vurğulayırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?