ADA Universitetində “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin təqdimatı olub
06-03-2022 [10:46]
Martın 5-də ADA Universitetidə Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində ADA tələbələri tərəfindən təqdim edilən “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin təqdimatı keçirilib.
ADA-dan Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu layihə tələbələr tərəfindən hazırlanıb. Prorektor dəstək göstərən tərəfdaş qurumlara təşəkkürünü bildirərək qeyd edib ki, layihə gənclərin hüquqi cəhətdən baza biliklərinin artırılmasına xidmət edəcək.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov diqqətə çatdırıb ki, son 4 ildə Azərbaycanda vəkillərin və vəkil bürolarının sayı 3 dəfə artıb. Eyni zamanda vurğulayıb ki, Vəkillər Kollegiyası tələbələrin sözügedən sahə üzrə layihələrinin icrasında fəal iştirak edir, dəstək göstərir. Azərbaycanda 100 min nəfərə düşən vəkil sayının qonşu dövlətlərə nisbətdə az olduğunu nəzərə çatdıran A. Bağırov bunun səbəbi kimi ilk olaraq ölkədə hüquqşünas məzunların sayının az olması və universitetlərin və müvafiq dövlət orqanlarının bu məsələ diqqət ayırmalarına ehtiyac olduğunu bildirmişdir. O cümlədən, vəkillərin sayını artırmaq üçün mütəmadi təbliğat işlərinin aparıldığını və daimi əsaslarla imtahanların təşkil edildiyini qeyd etmişdir.
Tədbirdə ADA Universitetinin tələbəsi Telman Qasımov layihə ilə bağlı təqdimatla çıxış edib. O, layihənin məqsədi və gözlənilən icra mərhələləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Azərbaycan gəncləri və yeniyetmələri arasında hüquqi maariflənməni təşkil və təşviq edəcək. Əsas hədəflər bu sahəyə olan marağı artırmaq və gənclərə müxtəlif hüquqi mövzularda ilkin biliklər verməkdir.
Layihənin tərəfdaş qurumlarından Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin hüquq məsləhətçisi Jalə Əzizova, "Legalaid" hüquq şirkətinin təsisçisi, vəkil Sona Səlimli, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbəsi Süleyman Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fidan Namazova, Bakı Dövlət Universitetinin tələbəsi Siyavuş Bağırov, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Selcan Quluzadə layihə haqqında fikirlərini bölüşüblər, layihə iştirakçılarına uğurlar arzulayıblar
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL